İşçilərə ödənilən mükafatdan - gəlir vergisi,məcburi sosial sığorta haqqı və sair digər ödəmələrin tutulması qanunidirmi?

6-10-2023, 00:11           
İşçilərə ödənilən mükafatdan - gəlir vergisi,məcburi sosial sığorta haqqı və sair digər ödəmələrin  tutulması qanunidirmi?
Son 2 gündə mənə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə çoxlusayda bu növ müraciətlər daxil olur.
Neftçilər günü münasibətilə işçilərə ödənilən 500 manat mükafatdan-gəlir vergisi,məcburi sosial sığorta haqqı və sair digər ödəmələrin tutulması qanunidirmi?
Bununla əlaqədar bildirirəm ki, qüvvədə olan AR-nın Vergi Məcəlləsində və digər digər qanunvericilik aktlarında:işçilərə ödənilən bu növ mükafatlardan - vergi, məcburi sosial sığorta və sair sahələrdə güzəştlər nəzərdə tutulmayıb və ya azad edilməyib. Göstərilən səbəblərdən işçilərə ödənilən - 500 manat məbləğində mükafatdan: gəlir vergisi, məcburi sosial sığorta haqqı, tibbi sığota və işsizlik sığortası kimi məcburi, həmkarlar ittifaqı təşkilatına üzvlük haqqı və digər məcburi və könüllü ödəmələr tutulur.
Azər Quliyev.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru