Bir milyondan çox rusiyalı müflis oldu

6-10-2023, 18:10           
Bir milyondan çox rusiyalı müflis oldu
Müflis məlumatlarının vahid federal reyestrinin ("Fedresurs”) statistikasına görə, məhkəmələr tərəfindən maliyyə cəhətdən müflis elan edilən rusiyalıların sayı 1 milyonu ötüb.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC rəsmi məlumatlara istinadən yazır.

Rusiyada şəxsi iflas proseduru 2015-ci ilin oktyabrından mövcuddur. Bununla belə, təkcə bu ilin əvvəlindən 249,9 min borclu məhkəmə qərarı ilə müflis elan edilib.
Hər ay 26-30 min insan məhkəmələr vasitəsilə müflis statusu alır. Amma ümumilikdə iflas prosedurlarının artım tempi yavaşlayır: 2020-ci ildə maliyyə cəhətdən müflis olan vətəndaşların sayı 72,6% artıbsa, 2021-ci ildə 62%, 2022-ci ildə isə 44,2% artıb. Bu ilin əvvəlindən artım illik müqayisədə 28,8% təşkil edib.
Fedresurs-un rəhbəri Aleksey Yuxnin bildirir ki, növbəti 1-2 il ərzində məhkəmə müflisləşməsi üçün müraciətlərin sayının artması təxminən 30% olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru