Sabirabadın Poladtuğay kəndinin yolları bərbad vəziyyətdədir - VİDEO

9-10-2023, 11:34           
Sabirabadın Poladtuğay kəndinin yolları bərbad vəziyyətdədir - VİDEO
Sabirabadın Poladtuğay kəndinin yolları bərbad vəziyyətdədir. Yağışlı havada yollardakı çirkab su gölməçələri və palçıq piyadaların hərəkətinə çətinlik törədir.

Xezerxeber.az-ın məlumatına görə, kənddaxili əsas yollarda hərəkət etmək mümük olsa da, sakinlərin daha çox istifadə etdiyi alternativ yollar bərbad gündədir.

Məsələ ilə bağlı kənd bələdiyyəsindən “Xəzər Xəbər”ə bildirilib ki, vətəndaşların müraciətindən sonra ərazilərə baxış keçirilib:

“Əsasən kənddaxili yolların təmiri həyata keçirilir. Vətəndaşların müraciət etdikləri yol köməkçi yol hesab edilir. Lakin buna baxmayaraq, yaxın günlərdə problemlər aradan qaldırılacaq”.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru