Azərbaycanda evlər ucuzlaşır?

10-10-2023, 18:28           
Azərbaycanda evlər ucuzlaşır?
Ölkəmizdə yaxın 10 il ərzində xüsüsən də Bakı və ətraf ərazilərdə evlərin qiymətində hər il ciddi bahalaşma müşahidə olunur.

Ən çox bina evlərinin qiymətində ciddi artım olub. Maklerlər nisbətən ucuz qiymətə aldıqları evləri alaraq onu dəyərindən qat-qat baha sata bilirlər. Bu da evlərin qiymətinin artmasına səbəb olur.

Çünki evini satmaq istəyən vətəndaşlar elan saytlarında evlərin bahalaşmasının şahidi olurlar. Ona görə də qiymətlərlə tanış olan hər kəs evin qiymətini baha satmaqda maraqlıdır.

Məsələn, bir neçə il əvvəl 70-80 kv.m-lik bina evinin qiyməti 100 min civarı olubsa, bu illəri faiz nisbəti ilə hesablasaq, evin qiymətində 100 %-dən artıq qiymət artımı müşahidə olunur. Son dövrlər inflyasiyanın artması bütün məhsulların qiymətini artırır. Qiymət artımlarının bir çox səbəbləri var və əsas səbəbi pandemiyanın yaratdığı təsirlər, istehsal bazarındakı geriləmədir. Bunun nəticəsində də müəyyən mənada qiymət artımları üçün zəmin formalaşır.

İkinci əsas məsələ nəqliyyat xərclərinin artmasıdır. Lakin tikinti bazarında müəyyən məhsullarda ucuzlaşma var. Bu il Azərbaycanın tikinti materialları bazarında qiymətlər ötən illə müqayisədə xeyli aşağı düşüb. Bu bazarın strukturu elədir ki, qiymətlər hər an dəyişə bilir. Birdən elə olur ki, taxta materiallarının idxalı müəyyən dövr ərzində dayanır, qiymətlər bahalaşır.

Yaxud bazara o qədər material daxil olur ki, bu da qiymətləri ucuzlaşdırır. Rusiya - Ukrayna müharibəsi başlayandan sonra bir müddət hər iki ölkədən tikinti materialların idxalı mümkün olmadı. Rusiyaya tətbiq olunan sanksiyalar isə bu vəziyyəti daha da gərginləşdirdi. Ancaq sonra problem aradan qalxdı və yenidən ölkəyə tikinti materialları daxil olmağa başladı. Ötən il bir kubmetri 450 manat olan taxtanın qiyməti hazırda 280-250 manata qədər ucuzlaşıb.

Xaricdən idxal olunan materiallarda qiymətləri tənzimləmək olmur, yəni birdən-birə ya kəskin ucuzlaşır, ya da bahalaşır. Ancaq yerli materiallarda ötən illə müqayisədə cüzi bahalaşma müşahidə olunur.

Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov Cebhe.info-ya açıqlamasında bildirib ki, çıxarışı olan mənzillərdə tikintiyə icazə verilir, çıxarışı olmayan mənzillərdə isə tikinti işləri görülməsində problem yaranır:

"Əvvəlki illərə nisbətən ev tikmək üçün icazə şərtləri çətinləşib. Asanlıqla ev tikmək ancaq çıxarışlı mənzillərdə mümkün olur. Bu kimi səbəblərdən dolayı tikinti xərcləri artır. Səbəb həm də şəhərin mərkəzinə bitişən mövcud pilot layihələrə yeni sərəncamların verilməməsidir. Digər tərəfdən, mənzillərin bahalaşmasına səbəb vətəndaşların çıxarışlı mənzillərə üstünlük verməsidir ".

Ekspert əlavə edib ki, ipoteka şərtlərin sadələşdirilməsinin evlərin qiymətinə müəyyn təsiri olub: "Bu il ipoteka ilə alınan mənzillərdə rekord say müşadə olunur. Yaxın dovrlərdə ipoteka ilə mənzillər əldə etmək daha da asanlaşıb. Bu, ipoteka ilə alınan mənzillərin qiymət artımına öz təsirini göstərib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.