Deputata aid olduğu deyilən şirkətdə Sanitariya və Gigiyena qaydaları pozuldu

11-10-2023, 09:34           
Deputata aid olduğu deyilən şirkətdə Sanitariya və Gigiyena qaydaları pozuldu
“DOKTA” MMC məhkəməlik olub.

32gun.az xəbər verir ki, sözügedən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə (Əhalinin Sanitariya-Gigiyena Və Sanitariya-Epidemioloji Salamatliği Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmı potokol isə Göyçay Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə prosesi hakim Elçin Qurbanovun sədrliyi ilə baş tutacaq.

Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan Sadıqov Elçin Ağasadıq oğludur. O həmçinin “Vita Aptekləri” MMC-nin qanuni təmsilçidir.

Yerli mediada gedən məlumata görə, Elçin Sadıqov “Dokta” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Mətbuatda gedən məlumata görə, Şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. “Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. Cavanşir Fyeziyev həm də dərman bazarının əsas oyunçularından olan “Avromed”in sahibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru