Müharibə davam etsə də, Ukraynanın bəzi bölgələrində məktəblər yenidən açılır
12-10-2023, 13:34
Ukraynaya yardım göstərən “NOVA Ukraina” qeyri-hökumət qrupunun məlumatına görə, Rusiyanın atəşi nəticəsində Çerniqiv vilayətindəki 34 məktəbdən 27-si dağılıb və ya zədələnib. Müharibə davam etsə də, bəzi məktəblər çox sayda yardımla yenidən açılmağa başlayır.