Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI 12-10-2023, 09:21 Bakının bir sıra yollarında tıxac yaranıb.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda:1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;3. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;5. Tbilisi prospekti, mərkəz istiqamətində;6. Babək prospekti, mərkəz istiqamətində;7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;9. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur. Facebook-da paylaş