"ADY"-nin İnfrastruktur Departamentinin baş mühəndisindən şikayət edildi

12-10-2023, 10:33           
"ADY"-nin İnfrastruktur
Azərbaycan Dəmir Yolları "QSC"-nin İnfrastruktur Departamentinin rəisi Elçin Zülfüqarova sözügedən departamentin baş mühəndisi Əfqan İsrafilovdan şikayət edilib.

Baş mühəndisdən şikayətçi "ADY"-nin Yük Daşınması Departamentinin Biləcəri Stansiyasının mütəxəssisi Mehdiyeva Sevinc Ərəstun qızıdır.Sevinc Mehdiyevanın Əfqan İsrafilovdan etdiyi şikayət ərizəsi "ADY"-yə daxil olub və şikayətə baxılma müddəti kimi 15 gün təyin edilib.

Faktinfo.az saytının əldə etdiyi məlumata görə,Sevinc Mehdiyeva baş mühəndisdən etdiyi şikayət ərizəsində çoxsaylı faktları,Əfqan İsrafilovun imkanlarından istifadə edərək qardaşını,qohum və tanışlarını dəmir yollarında işlə təmin etməsini,ona qarşı illərlə qərəzli davranışlarını,bir qonşu kimi aldadıldığını vəs.fikirləri qeyd edib.Bu barədə müəyyən müddətdən sonra mövzuya qayıdacağıq.

Onu da xatırladaq ki,İsrafilov Əfqan Vaqif oğlu Azərbaycan Dəmir Yolları "QSC"-nin İnfrastruktur Departamentinə baş mühəndis vəzifəsinə keçmiş rəisi Fizuli Quliyevin dövründə təyin edilib və onun ən yaxın adamlarından biri kimi departamentdə tanınıb.

Faktinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru