Bağçalarda vahid menyu tətbiq ediləcək - İslahatlara başlanılıb

13-10-2023, 00:09           
Bağçalarda vahid menyu tətbiq ediləcək -
196 bağçada pilot qida layihəsi tətbiq olunub.

Bunu Məktəbəqədər Təhsilin Təşkili və İdarəolunması Sektorunun müdiri İlahə Rəsulova “Təhsil TV”də qonaq olarkən deyib.

O bildirib ki, hazırda bununla bağlı valideynlərdən və layihənin tətbiq olunduğu bağçaların rəhbərliyindən toplanan sorğular emal edilir.
“Bundan sonra qərar veriləcək ki, layihə genişləndirilsin, yoxsa dayandırılsın və ya modifikasiya edilsin. Pilot qida layihəsinin tətbiq olunmadığı bağçalarda qanunvericiliyə uyğun olaraq xüsusi menyu var və uşaqların qidalanması buna uyğun olaraq tənzimlənir.

Lakin 5-10 il əvvəlki uşaqlar həm fiziki, həm də qidalanma baxımından bugünkü uşaqlardan fərqlənirlər. Bunun üçün də bu sahədə islahatlara başlanılıb ki, vahid menyu tərtib edilsin”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru