Naxçıvanda bir sıra idarələr ləğv edildi

14-10-2023, 10:54           
Naxçıvanda bir sıra idarələr ləğv edildi
Naxçıvan Muxtar Respublikası (NMR) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 12 oktyabr 2023-cü il tarixli 274/ü nömrəli əmri ilə nazirliyin stansiya, laboratoriya və bir sıra idarələri ləğv edilib.

KONKRET.az xəbər verir ki, Nazirliyin ləğv edilən qurumları Hidrometrologiya İdarəsi, Meşələrin İnkişafı İdarəsi, Sədərək Rayon Su Monitorinq Laboratoriyası, Balıq Mühafizə Stansiyası, Meşə Təsərrüfatı İdarəsi və Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat İdarəsidir.

Qeyd edək ki, kreditorlar 2 (iki) ay müddətində tələblərini ləğvetmə komissiyasına təqdim edə bilərlər. Göstərilən müddətdən sonra tələblərə baxılmayacaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru