Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 3 % artırılır

14-10-2023, 14:44           
Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 3 % artırılır
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 333,3 milyon manatının və yaxud 1 %-nin sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,6 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru