Naxçıvanda açılan 454 iş yerindən yararlanan var?

15-10-2023, 09:54           
Naxçıvanda açılan 454 iş yerindən yararlanan var?
Naxçıvanlılara sualımız var…
Aranızda Fuad Nəcəflinin bəhs etdiyi yeni iş yerlərindən yararlanan varmı?
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli özünün rəsmi “X” hesabında yazıb ki, son 8 ayda muxtar respublikada 454 daimi iş yeri açılıb. Onun bildirdiyinə görə, bu iş yerlərinin 357-si Naxçıvan şəhərində, 50-si Şərur, 30-u Babək, 7-si Ordubad, 5-i Kəngərli və 5-i Şahbuz rayonlarında yerləşir.
Bəzi Naxçıvan sakinləri isə bunun tam əksini iddi edir. Onlar deyir ki, Fuad Nəcəfli muxtar respublikaya rəhbərlik edəndən bəri nəinki yeni iş yerləri açılıb, əksinə, minlərlə iş yeri bağlanıb. İşini itirənlərin əksəriyyəti isə yeni iş tapmaq üçün Naxçıvanı tərk edib.
Fuad Nəcəfli 9 aydır Naxçıvana rəhbərlik edir.
Gündəlik Naxçıvan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru