Xəzər də quruyur, Kür də:BMT Azərbaycanı "sudan əziyyət çəkən ölkə" adlandırdı

16-10-2023, 15:57           
Xəzər də quruyur, Kür də:BMT Azərbaycanı "sudan əziyyət çəkən ölkə" adlandırdı
Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi, eyni zamanda Xəzər dənizinin getdikcə qurumağa başlaması ilə bağlı həyəcan təbili bir neçə ildir ki, çalınıb. Dənizimizin Aral dənizinin qurumasına bənzər yeni ekoloji fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıqlar hər birimizdə narahatçılıq yaratmaya bilməz

Məsələyə beynəlxalq aləm də etinazsız qalmayıb

Adalet.az xəbər verir ki, bu barədə BMT nümayəndəsi Muhammad Nasar bildirib ki, Azərbaycan su qıtlığından ən çox əziyyət çəkən 20 ölkə arasındadır.. Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının 70 %-dən çoxu kənd təsərrüfatı üçün istifadə olunur:"Ümid edirəm ki, Kənd təsərrüfatı və Qida elmləri fakültəsi su ehtiyatlarının daha səmərəli istifadəsinə, həmçinin, kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”,- Nasar əlavə edib.

P.S. Kür çayında sululuğun kəskin azalması və bunun müqabilində Xəzərin quruması deyəsən, bizdən başqa hamını narahat edir. Bir neçə ildir SOS siqnalı verilsə də, hələ ki, ortaya konkret bir iş qoyulmayıb.

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.