Maştağada tullantılar su kanalına axıdılır - VİDEO

19-10-2023, 12:34           
Maştağada tullantılar su kanalına axıdılır - VİDEO
Bakıda çirkab sular boru vasitəsi ilə kanala axıdılır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mənsur Vəkilov küçəsindən gedir.

Sakinlər, ərazidən keçən su kanalının tullantılar üçün istifadə edilməsindən şikayətçidirlər.

Onlar bildiriblər ki, aidiyyəti qurumlardan tək istədikləri ərazinin kanalizasiya xətləri ilə təmin olunmasıdır. Lakin bununla bağlı dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb.

Məsələ ilə əlaqədar Maştağa bələdiyyəsinin sədr müavini Ağanəcəf Qədirov qeyd edib ki, sözügedən problemdən xəbərdardılar. Hətta sakinlərin yazılı müraciətləri də mövcuddur.
“Azərsu” ASC-dən isə mövzu ilə bağlı bildirilib ki, həmin ərazidə mərkəzləşmiş kanalizasiya infrastrukturu mövcud deyil və gələcəkdə dövlət investisiyaları hesabına qurulması planlaşdırılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru