“Muğan Bank”da sığortalanmış əmanətlərin məbləği açıqlandı

19-10-2023, 10:18           
“Muğan Bank”da sığortalanmış əmanətlərin məbləği açıqlandı
Ləğv olunan “Muğan Bank” tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Muğan Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, “Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək.

“Muğan Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.