“Şamaxı şoru” niyə Bərdədə İSTEHSAL olunur? – FOTOFAKT

20-10-2023, 11:36           
“Şamaxı şoru” niyə Bərdədə İSTEHSAL olunur? – FOTOFAKT
El arasında “Şamaxı şoru” brend adı ilə məşhurlaşan məhsul Bərdədə istehsal olunur.

Bu barədə sözügedən qida məhsulunun etiket məlumatında qeyd olunub. Bərdə şəhəri Həzi Aslanov küşəsi 119 ünvanında istehsal olunan “Şamaxı şoru” fiziki şəxs Cabbarov Rasim Cabbar oğluna məxsusdur. Ölkənin iri marketlərində satışa çıxarılan məhsulun aid olduğu məkanla, istehsal olunduğu yerin fərqli olması maraq və təəccüblə qarşılanıb. Bu, həm də istehlakçı aldadılması kimi dəyərləndirilib.

Maraqlıdır, “Şamaxı şoru” niyə Bərdədə istehsal olunur?

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan hal birbaşa istehlakçı hüquqlarının pozulmasıdır:

“Bu kimi əcaib vəziyyət “İvanovka” mallarında da var. “İvanovka” ya aid olmayan, amma o adda istehsal olunan yağ, çörək və şərab məhsulları var. İllərdir ki, bununla bağlı mübarizə aparırıq. “Coğrafi adlar haqqında” qanuna görə malın adında yer göstərilirsə, məhsul da orada istehsal olunmalıdır.Ən azı xammalı ora aid olmalıdır.

Bu, cür markalanma qeyd etdiyim qanuna ziddir. Bərdədə istehsal olunub, “Şamaxı şoru” adı altında satılan mal nişanı ola bilməz ki, dövlət qeydiyyatından keçmiş olsun. Bu, məsələ istehlakçı aldadılmasıdır”.

Azərbaycan Qida Təhlükəsizliyinin mətbuat katibi İlkin Kərimov sorğumuza cavab olaraq bildirib ki, coğrafi adlar məsələsi AQTA-nın predmeti deyil, aidiyyəti üzrə müraciət edilməlidir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.