“Əvvəl parklanmaya 1-2 manat xərc çıxırdısa, indi 8-10 manatdır” - deputat

20-10-2023, 12:00           
“Əvvəl parklanmaya 1-2 manat xərc çıxırdısa, indi 8-10 manatdır” - deputat
“AzPaking” xidmətinin istifadəyə verilməsi müsbət haldır, lakin bu xidmət vətəndaşları qəbul etmir”.

Teref.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu fikirləri deputat Naqif Həmzəyev Milli Məclisin iclasında bildirib.

“Təəssüf ki, əvvəl sürücülərin parklanmaya 1-2 manat xərci çıxırdısa, indi bu məbləğ 8-10 manatdır. Düşünürəm ki, maşınını uzunmüddətli saxlayanlar üçün güzəşt olmalıdır. Vətəndaşlar pul verməmək üçün bəzən binaların həyətlərində saxlayır bu da böyük problemə səbəb olur.

Başqa bir tərəfdən ölkəyə gətirilən elektromobillərin doldurulma məntəqələri ilə bağlı problemlər var. Sahibkarlar üçün isə bu məntəqələrin qurulması üçün şərait yaradılmır”, -deyə millət vəkili vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru