Büdcə belə yoxa çıxardılır: Qubadlı RİH Sumqayıtda 138 minlik yaşıllaşdırma işi görür? - BU NƏDİ BELƏ?!

20-10-2023, 16:23           
Büdcə belə yoxa çıxardılır:
Qubadlı Rayon İcra Hakimiyyətinin keçidriyi tender müsabiqəsinin qalibi “Construction Group Of Pearl” MMC olub.
Teref.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Qubadlı RİH yaşıllaşdırma işlərinə görə “Construction Group Of Pearl” MMC-yə 138 min 473 manat ödəyəcək.
Xatırladaq ki, Qubadlı şəhəri 25 oktyabr 2020-ci ildə işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev tvitter sosial şəbəkəsində (indi “X”) ilk dəfə açıqlama vermişdi. Daha sonra rayonun kəndləri işğalçılardan azad edildi.
Qubadlı RİH-nin rəsmi internet saytında da qeyd edildiyi kimi, hazırda RİH-nin ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşir.
Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma üçün aldığı ağac və güllərin siyahısını təqdim edirik:

Nizamnamə kapitalı 20 manat olan “Construction Group Of Pearl” MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış Massivi, ev 19-cu küçə, döngə 2, ev 24-də yerləşir. Şirkətin qanuni təmsilçisi Babayev Ramin Ramiz oğludur.

P.S. Görünür, başçı rayonun azad olunduğunu, orda böyük quruculuq işləri planlanıldığını hələ bilmir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru