ETSN-lə əməkdaşı arasında MAAŞ ÇƏKİŞMƏSİ

20-10-2023, 20:02           
ETSN-lə əməkdaşı arasında MAAŞ ÇƏKİŞMƏSİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qurumun işçisi olmuş Çingiz Nəcəfov arasında məhkəmə çəkişməsi davam edir.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, Çingiz Nəcəfov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı olub.

O, bir müddət işdən çıxarılıb. Bundan sonra Çingiz Nəcəfov nazirliyi məhkəməyə verib.

Artıq birinci instansiya və apellyasiya mərhələsi başa çatıb. Lakin hələ ki, Çingiz Nəcəfovun iddia tələbi təmin edilməyib.

Bu baxımdan, o, Ali Məhkəməyə müraciət edib. Onun şikayətinə Nigar Rəsulbəyovanın sədrliyi ilə baxılacaq.

Məlumat üçün deyək ki, Çingiz Nəcəfovun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru