Bakı sakininin xəbəri olmadan adına şirkət açıldı: Külli miqdarda vergi borcu var - VİDEO

21-10-2023, 10:39           
Bakı sakininin xəbəri olmadan adına şirkət açıldı: Külli miqdarda vergi borcu var - VİDEO
Bakı sakini Faiq Abbasovun adına şirkət açılıb və onun ünvanına külli miqdarda vergi borcu gəlib.

Xezerxeber.az-ın məlumatına görə, 5 il öncə Faiq Abbasovun xəbəri olmadan onun adına şirkət yaradıblar. Nəticədə onun adına külli miqdarda vergi borcu yaranıb.

O özü isə bu barədə 2 il öncə xəbər tutub.

Şikayətçi problemlə bağlı etdiyi müraciətlərin nəticəsinin olmadığını bildirib.

Faiq Abbasov iddia edir ki, adına yaradılan şirkətdən xəbəri olmayıb, ancaq hazırda onun 45 min manata yaxın vergi borcu var.
Məhz bu məsələ ilə bağlı hazırda F.Abbasovun ölkədən çıxışına da qadağa qoyulub.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaş ilk olaraq Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə yaxınlaşaraq “Asan İmza” ilə bağlı əməliyyatları dayandırmalıdır. Həmçinin, hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Qurumun məlumatına görə, bu, vətəndaşı tam olaraq məsuliyyətdən azad etmir, lakin aparılan araşdırmalar və istintaq çərçivəsində saxtakarlığa yol verən şəxslər müəyyən ediləcək.

Ətraflı süjetdə:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru