Şirkətlər "Paşa Bank"dan 570 milyon manat geri götürüblər - NƏ BAŞ VERİR?

23-10-2023, 10:29           
Şirkətlər "Paşa Bank"dan 570 milyon manat geri götürüblər - NƏ BAŞ VERİR?
Cari ilin üçüncü rübündə "Paşa Bank" ASC-nin depzoit portfeli 6 milyard 593 milyon 23 min manat təşkil edib.

TEREF.AZ-ın məlumatına görə, FED.az bankın hesabatına istinadən xəbər verir ki, banka qoyulmuş ümumi əmanətlərin həcmi ötən doqquz ay ərzində 411 milyon 296 min manat və ya 5,9% azalıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə 7 milyard 4 milyon 319 min manat depozit portfelinə malik idi.
Depozit portfeinin 1 milyard 725 milyon 534 min manatını fiziki şəxslərin, 4 milyard 867 milyon 489 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin əmanətləri 2022-ci ilin sonu ilə müqayisədə 156 milyon 830 min manat (10%) artıb, lakin hüquqi şəxslərin depozitləri 568 milyon 126 min manat (10,5%) azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru