Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv olacaq - İDDİA

23-10-2023, 10:49           
Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv olacaq - İDDİA
Bu ilin sonu – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində mərhum prezident Heydər Əliyevin 100 illiyi münasibəti ilə əfv sərəncamı imzalanacaq.

Teref.az bildirir ki, bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, İlham Əliyev tərəfindən imzalanacaq əfv sərəncamı təxminən 1500 məhkuma şamil olunacaq.

Bu isə son illərin ən böyük əfv sərəncamı deməkdir.

Azadlığa çıxacaq şəxslər arasında mərhum prezident Heydər Əliyevin komandasında olmuş bəzi məhbusların da olacağı deyilir.

Məlumata görə, artıq əfvə düşəcək şəxslərin bəziləri ilə bağlı cəzaçəkmə müəssisəsindən Əfv Komissiyasına müvafiq sənədlər daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru