Türk dünyasını birləşdirə biləcək meqa layihələrə ehtiyac var..- Amma...
24-10-2023, 15:32

Aforizm biznesi, standup şouları, production məhsullarının istehsalı və marketinqi Türkiyə kimi ölkələrdə böyük gəlir gətirir. Əlbəttə auditoriya da burada önəmlidir. Məsələn indi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Güney Azərbaycanda kütləvi olaraq baxılan Türkiyə serialları Anadolu Türkcəsinin coğrafi işlənmə arealını artırıb. Nəticədə istər müğənni olsun, istər standup və ya qeyd etdiyim biznes sahəsinin təmsilçiləri geniş bir coğrafiyaya yayıla və pul qazana bilirlər.
Azərbaycan bu baxımdan Türk dövlətləri içində Türkiyədən sonra ikincidir. Auditoriya - Güney Azərbaycan, İraqa, Suriyaya, Əfqanıstana qədər yayılan Azərbaycan Türklərinin dili, kültürü, tarixi var. Əgər bizdə də sadaladığım sahələr üzrə dövlətimiz tarixi filmlərə, kültürün Türk coğrafiyasında yayılmasına xidmət edən meqa layihələrə böyük investisiyalar ayırsa, azı 10 qat artıq qazanar.
Biz bura Azərbaycan Türkcəsinin Anadolu Türkcəsi ilə yaxın olması faktını da əlavə edə bilərik.
Bəs bizə nə mane olur? Əlbəttə ki, birinci növbədə bu işi bir yerdən başlayacaq kadr bankı. Yoxdur. Çünki 70 il rus işğalı altında təsirlənərək formalaşan kinodan başlayın da, musiqilərə, bədii kitablara qədər böyük bir sahə indi qeyd etdiyimiz tələblərə cavab verə bilməz.
Bu baxımdan da yenidən başlamaq lazımdır.
İkincisi isə şəffaf, oğurlanmayan pullarla başlamaq. Ən çətin olanı da budur.
Razi Abasbəyli
Teref.az