“Azərpoçt” MMC əməkdaşları camaatın YÜKÜNÜ BELƏ DAŞIYIR... - VİDEO
24-10-2023, 16:14
“Azərpoçt” MMC əməkdaşlarının gələn bağlamaları kobud formada daşımaları sosial şəbəkələrdə tənqid edilib.
TEREF.AZ Tribunainfo.az-a istinadla ki, vətəndaş Əli Rəhimov “Azərpoçt” əməkdaşlarının bağlamaları daşımalarını əks etdirən video paylaşıb. Görüntülərdən aydın olur ki, poçt əməkdaşları vətəndaşların xaricdən sifariş verdiyi malları Azərpoçt ünvanına kobud formada daşıyır, bağlamalarda sınacaq əşyalar olmasına baxmayaraq heç bir təhlükəsizliyi gösləmədən qutuları tullayırlar.
Yayılan görüntülər müzakirə yaradıb və tənqid edilib. “Azərpoçt” MMC-nin mətbuat katibi Afaq İbrahimova yayılan görüntülərlə bağlı üzr istəyib və bildirib ki, məsələ tərəfimizdən araşdırılır.