ATU müəllimlərin ingilis dili kursuna 151 min manat verir

24-10-2023, 16:17           
ATU müəllimlərin ingilis dili kursuna 151 min manat verir
Azərbaycan Tibb Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi “British Academy” MMC olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Universitet professor-müəllim heyətinə ingilis dili kurslarının keçirilməsi və sertifikasiya prosesinin təşkil edilməsi üzrə xidmətlərinin satınalınmasına görə “British Academy” MMC-yə 151 min manat ödəyəcək.
Qeyd edək ki, “British Academy” MMC barədə dövlət reyestri məlumatları bölməsində məlumat tapılmadı. Son günlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi bölməsində məlumat əldə etmək mümkün olmur. Axtarış bölməsi bəzən işləsə də, çox vaxt işləmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru