TƏBİB-tərəfindən araşdırılması və müdaxiləsi mütləqdir

25-10-2023, 00:08           
TƏBİB-tərəfindən araşdırılması  və müdaxiləsi mütləqdir
-Hippokrat andını içib idarə tərəfindən olunan təzyiqlər, təkliflər və s.( müəyyən vasitə ilə ) nəticəsində işçinin xəstəlik vərəqəsini ləğv etmək( ödəniş olunduqdan sonra) fikrinə düşən həkimlər məsuliyyətə cəlb olunmalı idi . Olunmayıb!
- Xəstəlik vərəqəsinin bağlanması,yaxud müalicənin davam etdirilməsi üçün 6 saylı xəstəxananın ,müalicə həkiminə yaxınlaşan şəkərli diabet xəstəsi olan işçinin əlindən xəstəlik vərəqəsi geri alınır . Xəstə baş həkimə müraciət edir.Baş həkim deyir ki biz o bülleteni hətta sistemdən çıxarmışıq. Həmin bülletenin şəkli xəstədə(həm də məndə) var idi .
Bu yaxınlarda həkim xanım müddəti uzadılmış bülleteni xəstəyə verib və üzür istəyib.Ancaq cəzasız qalıb. Həkim xanım cəzalanmalıdır.
Həkim müalicəsinə müdaxilə ilə əlaqadar işçinin səhhətində yarana biləcək fəsadların məsuliyyəti isə işəgötürənin (Geofizika və Geologiya idarəsinin) üzərinə düşür. O da cəzalanmayıb.İşçinin hüquqları da bərpa olunmayıb.
Bütün prosesin kökü çox dərində və bir çətənin nəzarətindədir.
Və sonda görəsən araşdırılması mütləq olanlar : -araşdırılır,araşdırılması təxirə salınır, yoxsa araşdırılmalı olan problem asta asta gündəmdən çıxarılır?
Mirvari Gahramanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru