“VMR Şirkətlər Qrupu” 25 min manat cərimələnə bilər

25-10-2023, 10:15           
“VMR Şirkətlər Qrupu” 25 min manat cərimələnə bilər
“VMR Şirkətlər Qrupu” MMC barəsində inzibati iş başlanıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

192.1-ci maddəyə əsasən, fiziki şəxslər 1000 manatdan 2000 min manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. \\Valyuta.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.