Şəkidə məktəb kütləvi yayılan xəstəlik səbəbindən bağlanıb - VİDEO

25-10-2023, 09:25           
Şəkidə məktəb kütləvi yayılan xəstəlik səbəbindən bağlanıb - VİDEO
Şəkidə təhsil müəssisəsi yayılan qızılca xəstəliyi səbəbindən müvəqqəti bağlanıb.

Xezerxeber.az-ın məlumatına görə, ötən ay Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəlik kütləvi hal alıb.

Bu səbəbdən də sentyabrın 24-də məktəb rəhbərliyi həkimlərə müraciət edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasında uşaqlar müayinə olunub, onlara zəruri tibbi xidmət göstərilib. Hər biri sağalaraq kafi vəziyyətdə evə yazılıb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər arasında qızılca xəstəliyi müşahidə olunduqdan sonra Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edilib.
Oktyabrın 6-dan isə dərslərin distant formada tədrisi barədə qərar qəbul edilib.

Qeyd edək ki, oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru