Ağsunun mərkəzində sahibsiz itlər problemi: “Kimə müraciət edirik, baxmırlar” - VİDEO

25-10-2023, 11:53           
Ağsunun mərkəzində sahibsiz itlər problemi:
Ağsu sakinləri sahibsiz itlərin çoxluğundan şikayətçidirlər.

Onların sözlərinə görə, itlərin mərkəzi küçələrdə sürü ilə gəzməsi hər kəsi təngə gətirib.

Vəziyyət o həddə çatıb ki, itlər uşaqlara, yaşlılara hücum edirlər.

“Rayonumuzda itin sayı həddən artıq çoxdur. Kimə müraciət edirik, baxmırlar. Məhəlləmizdə itin biri məni dişlədi. Ayağımda izi hələ də qalır. Üç gün qızdırmadan yata bilmədim”, - rayon sakini deyib.
Ağsu Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, it dişləmə hadisəsi nəticəsində xəsarət alanların sayı ötən il 160 idisə, bu il artıq 300-ə yaxın vətəndaş müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya müraciət edib.

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətindən bildirilib ki, yeni layihə hazırlanıb. Rayonun Nəvai kəndi yaxınlığında ayrılmış ərazidə itlər üçün sığınacaq tikiləcək, sahibsiz itlərin də orada cəmləşməsi təmin ediləcək.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru