90 minlik pensiya dələduzluğu - Nazirliyin "əməkdaşı" 12 nəfəri aldatmaqda ittiham edilir

25-10-2023, 19:47           
90 minlik pensiya dələduzluğu -
Pensiya düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Şəki sakini İradə Musayevanın cinayət işi ilə bağlı növbəti məhkəmə prosesinin vaxtı bəlli olub.

Teref.az. Qaynarinfo-ya istinadla xəbər verir ki, növbəti proses noyabrın 7-də keçiriləcək. İşə Bakı Ağır Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır.

İradə Musayeva pensiya düzəltmək adı ilə ayrı-ayrı vətəndaşların ümumilikdən 90 000 manat pulunu mənimsəməkdə ittiham edilir. O, 2021-ci ildə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

İradə Musayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin olaraq İradə Musayevadan 6 nəfər şiakyətçi olub. O saxlanıldıqdan sonra isə zərərçəkənlərin sayı artıb. Hazırda iş üzrə 12 nəfər zərərçəkən var.

Məlumatlara görə, İradə Musayeva özünü vəzifəli şəxs kimi təqdim edib. O, vətəndaşlara bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifə tutan əməkdaşıdır.

178.3-2-ci maddədə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru