"Kimdir ogru?Kim ogurlayır xalqın kommunal ödənişlərinini?.Kim?.

27-10-2023, 07:05           
"Kimdir ogru?Kim ogurlayır xalqın kommunal ödənişlərinini?.Kim?.
15.09.2023 tarixdə Hesab.az.üzərindən 3.85 qəpik telofon abunə haqqı ödəmişik.Lakin buna baxmayaraq, telofon aylıq abunə haqqı ödənsədə acılmayıb.Bununla baglı Kapital Banka müraciət etdiyimizdə bizə ödənilən məbləğin 328616347317 hesab nömrəsinə oturuldugunu ,Babək Rabitə İdarəsinə müraciət etməyinizi və bu hesabı onlara göstərərək pulun abonent hesabına oturulacagını söylədilər..Lakin, Babək R.İ.də hər hansı köməklik göstərə bilmədi.Çünkü pul sistemdə görünmür.Keçən aylar Naxcıvan Şəhər Su Kanalizasiya İdarəsi ilə yaşanan problem isə ayrı bir dərdir."
Teref.az yazır ki, bunu sosial şəbəkə fəalı Садыг Рустемли öz sosial şəbəkə profilində yazıb. Başına gətirilənləri yazan Садыг Рустемли daha sonra yazır:
"Aylıq su pulu ödənişləri edərkən 5-7 manat arası artıq ödəniş edirdim.Bir gün saygacları reyd edən idarə əməkdaşları qapının ağzında səs salırdı, məndə acdım qapını, kimsiz?. dedim.Biz sudan gəlirik dedilər və sizin borcunuz yoxdur,hələ artıq ödəmisz dedilər.1həftə sonra 34 manat 55 qəpik su pulu gətirib yapışdırdılar qapıya .Şikayet etmək üçün İlqar Müəllim adında birinə zəng edin dedilər.Zəng etdim, dedi bizlik deyil,gedin Naxçıvan Banka .Banka getdim,saatlarla gözlədim,sıram gəldi, müraciət etdim,onlarda bizlik deyil...dedilər.Təkrar İlqar adlı şəxsə zəng edib danışmaq istədim,öyrəndim ki,onuda işdən çıxarıblar.Bir iki həftə sonra uşaq zəng etdi ki,ata su idarəsindən gəliblər,deyirlər borcunuzu ödəyin yoxsa suyu kəsəcəyik.Məcbur gedib 34.55 qəpiyi ödədim.İş yerim Rabitə Evindədir.Hər gün Naxcıvanda mobil nömrə ,qaz işıq və digər online ödəmlərdə yüzlərcə problem görürük.Kim ogurlayır , kimdir bilmirəm,lakin bununla baglı ciddi tədbirlər görülməlidir."













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru