Ekspert: “Xəzərin suyunun azalması gəmilər üçün problemlərə səbəb olub” - VİDEO

27-10-2023, 12:14           
Ekspert: “Xəzərin suyunun azalması gəmilər üçün problemlərə səbəb olub” - VİDEO
Xəzərdə suyun get-gedə azalması gəmilər üçün problemlərə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, suyun səviyyəsi düşdükcə, problemin miqyası artır.

Belə ki, gəmilər limanlara yaxınlaşmaqda çətinlik çəkirlər.

Ekspert Rəşad Şəkərov bildirib ki, Xəzərin suyunun azalması bəzi limanları bağlanma təhlükəsi ilə üz-üzə qoyur.

R.Şəkərov onu da vurğulayıb ki, qazma, yəni dibdərinləşdirmə işləri əlavə xərc deməkdir. Ancaq vaxtında bu kimi tədbirlər görülməzsə, gəmi sahibləri ziyan çəkir, limana daxil olan gəminin rahat giriş-çıxışını təmin etmək üçün yükün miqdarını azaltmaq məcburiyyətində qalırlar.
Rəşad Şəkərovun sözlərinə görə, Rusiya tərəfdə Həştərxan limanında böyük problem yaşanıb. Ərazidə artıq qazma işlərinə başlanılıb. Həmçinin, Türkmənistan limanında da əsas və köməkçi kanallarda bəzi problemlər yaşanır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, Bakı limanlarında dibdərinləşdirmə işləri mütəmadi olaraq həyata keçirilir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından verilən məlumata əsasən isə, hazırda gəmilər üçün ciddi maneə yoxdur. Ancaq, azalma davam edərsə, dibdərinləşdirmə işlərinə ehtiyac yaranacaq.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru