Nazir nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı tapşırıq verdi

28-10-2023, 00:08           
Nazir nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı tapşırıq verdi
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 9 ayın yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən Kollegiya iclasında paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanıb.

Gununsesi.info xəbər verir ki, nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin zəruriliyinə toxunub.

Bundan başqa, DİN rəhbəri hərəkətin təhlükəsizliyinin təmini ilə əlaqədar qarşıda duran vəzifələri müəyyən edib və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru