Sürücü: "10 saat işdə oluram, 7 manat parklama pulu edir"
31-10-2023, 09:04
“AzParking” xidməti bu ilin avqust ayının 1-dən fəaliyyətə başlayıb.
Ancaq bu proqramın çatımlılığı sürücülər tərəfindən heç də birmənalı qarşılanmayıb. Onlar həm də qiymətlərin baha olmasından gileylənirlər.
Deputat Naqif Həmzəyev Milli Məclisin iclasında parklama qiymətlərinə yenidən baxmağı təklif edib. Deputat qiymətlərin hamının cibinə uyğun olmadığını deyir.