TV rəhbəri Bakıda 2 məşhur klinikanı aldı - FOTO

6-11-2023, 15:40           
TV rəhbəri Bakıda 2 məşhur klinikanı aldı - FOTO
Azərbaycanda iki məşhur klinika - “Baku City Hospital” və “Türk-American Medical Center” satılıb.

Bakupost.az xəbər verir ki, hər iki klinikanın yeni sahibi tibbi media və biznes təşkilatçısı, politoloq. "Səhiyyə TV"nin təsisçisi, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyevdir.

Məlumata görə, A.Xudiyev “Baku City Hospital”ı nə az-nə çox 8 milyon manata alıb. Sahibkar dəyişilsə də, hospitalın əvvəlki sahibi, ortoped-travmatoloq Bayram Qorçiyev baş həkim kimi vəzifəsində qalıb.

Qeyd edək ki, son günlər bir neçə məşhur klinikanın bağlanma təhlükəsində olduğu barədə informasiyalar yayılır. Bildirilir ki, sığorta sisteminin tətbiqi özəl klinikaların gəlirlərini xeyli dərəcədə azaldıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru