Bu hərbçilərin pensiyaları da artırılacaq - Nazirlik

7-11-2023, 17:38           
Bu hərbçilərin pensiyaları da artırılacaq - Nazirlik
Prezident İlham Əliyevin yeni imzaladığı fərmanlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, sənədlərə əsasən xidmət etdiyi qurumdan asılı olmayaraq bütün hərbi qulluqçuların aylıq vəzifə maaşları 1 yanvar 2024-cü il tarixindən 20 faiz artırılıb.

Digər Fərmana əsasən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçularının aylıq təminat xərcliyinin tərkibi optimallaşdırılacaq, bu kateqoriyadan olan şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğinin hesablanması üçün əsas götürülən hissənin məbləği artırılacaq.

Nəticədə həmin şəxslərə pensiya təyinatı zamanı pensiya məbləğində ciddi artım imkanı yaranacaq, həmçinin onların təminat xərcliyində artım baş verəcək.

Dəyişikliklərdə humanist yanaşma tətbiq edilərək, indiyə kimi hərbi xidmətdən tərxis olunmuş XTQ mənsubları, eləcə də şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvləri də unudulmamış, onların da pensiyalarının artırılması üçün şərait yaradılmışdır.

Belə ki, dövlət başçısının Fərmanı 1 dekabr 2022-ci il tarixindən tətbiq edildiyindən hazırda həmin kateqoriyadan olan hərbi qulluqçu kimi pensiya alan şəxslərin, habelə şəhid olmuş XTQ hərbi qulluqçularının ailə üzvlərinin aldığı ailə başçısını itirməyə görə pensiyaların məbləği də yenidən hesablanaraq artırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru