2 nömrəli Baza Tibb Kollecində bir sıra islahatların aparılacağı gözlənilir
7-11-2023, 17:35
Səhiyyə Nazirliyinin tabeçiliyində olan 2 nömrəli Baza Tibb Kolleci ilə bağlı bir sıra islahatlar aparılacağı gözlənilir.
2 nömrəli Baza Tibb Kollecinin təşkilati-hüquqi formasının dəyişərək publik hüquqi şəxsə çevriləcəyinə,kollecdən tibb bacılarının təkimləşdirmə kurslarının alınaraq Azərbaycan Tibb Universitetinin (ATU) idarəçiliyinə veriləcəyinə dair xəbərlər var.
Eləcə də,2024-cü ilin yanvar ayından 2 nömrəli Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva ilə əmək müqaviləsinin uzadılmayacağı,69 yaşlı direktorun digər şəxslə əvəzlənəcəyi ehtimalının çox yüksək olduğu,orada müəyyən islahatların həyata keçiriləcəyi də bildirilir.