Lütvəli Babayev qardaşı oğlunu həbs edən polisi günahlandırdı

19-07-2016, 11:39           
Lütvəli Babayev qardaşı oğlunu həbs edən polisi günahlandırdı
“Polis uşağı şillə ilə vurub”.
Zərdab rayonunun icra başçısı Lütvəli Babayev qardaşı oğlunun avtoxuliqanlıq üstündə həbs edilməsinə münasibət bildirib.
teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, icra başçısı ya açıqlamasında qardaşı oğlunu saxlayan polis rəsinin özünün içkili olduğunu, bu hərəkəti də qisas məqsədi ilə etdiyini deyib.
L.Babayev deyib ki, həmin polis rəsi uzun müddətdən bəri davam edən ədavət üstündə onun qohumlarına qarşı şantaj xarakterli materiallar yayır:
“Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəxlaq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs eildmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi. Axund qardaşım Xanəli Babayevin narkotik qaçaqmalçısı olması haqda xəbər yaymışdı. Bu xəbərlərin heç biri doğru çıxmayıb. İndi də bu hadisəni qəsdən yayır.
Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşaqağı da şillə ilə vurub.
Maraqlıdır ki, bu adam seçki öncəsi belə mənasız və təxribat xarakterli xəbərləri niyə yaradır və yayır? Bu məqamı araşdırmaq lazımdır? Yaxşı olar ki, adam qanunun aliliyini gözləsin. Böhtan xarakterli xəbərlər yaymaqla məşğul olmasın”.
Qeyd edək ki, dünən Mingəçevir polisi avtoxuliqanlıq etdiyinə görə Lütvəli Babayevin qardaşı oğlu, Babayev Yadigar Şahvəli oğlu idarə etdiyi “99-BH-045” dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə adıçəkilən küçədə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə yaradaraq, müxtəlif manevrlər etməsi və Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrlərinə tabe olmaması haqda xəbər yayılıb. Məlumata görə, əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib.
Faktla bağlı inzibati protokol tərtib olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.