Çörəyin içindən kağız çıxdı - “Fresko” marketdə biabırçılıq

19-07-2016, 15:57           

Xəzər TV-nin keçmiş aparıcısı, ASAN radionun əməkdaşı Cəlalə Nəzəroğlu Facebook sosial şəbəkəsində "Fresko” Supermarketindən şikayətlənib.

Unikal.org-un məlumatına görə, aparıcı mağazadan aldığı çörəyin içindən konfet kağızının cıxdığını deyib: ""Fresko” market, artıq səbir kasamı daşırdınız!!! (Yasamal bazarının yanındakı). Şənbə günü təndir çörəyinin içindən konfet kağızı çıxdı, apardım, təsdiqlədilər.

O gün təmizlikçi xanımın aldığı bulkanın bir tərəfindən xəmir süzülürdü. İndi də iki gündən qalma pirojkini satıblar. Yeni adı ilə verdiklərinin isə əti zəhər kimi acıdır”.

Aparıcı adıçəkilən marketdə irad bildirmək üçün əlaqə telefonlarına cavab verilmədiyini də bildirib: "Əgər baş ofisin telefonuna bir bəni-insan cavab versəydi, bu mövzu sosiallaşmazdı. Şirkətin telefonuna cavab vermək üçün birinə 300 manat versəniz, kifayətdir. Mahşallah, bu qədər pul qazanırsınız. Müştərinin mədəsi zibilliik deyil!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru