Göytəpə 1 nömrəli məktəbin direktorundan şikayət

27-11-2023, 15:53           
Göytəpə 1 nömrəli məktəbin direktorundan şikayət
Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı ŞİKAYƏT!!!
Hörmətli redaksiya
Mən Əkbərov Vasif Cannar oğlu Cəlilabad rayon Göytəpə şəhər Milli Qəhrəman V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimiyəm. Ötən il həmkarlarımızdan birinin dərsə normal gəlmədiyinə baxmayaraq dərs saatlarımızdan alınaraq ona verilməsinə etmiş olduğumuz şikayətdən sonra RTİ-nin keçmiş müdiri Elxan Nəcəfovun bizə cəza vermək məqsədi ilə diaqnostik qiymətləndirməni bəhanə edib dərsləri vakanta çıxararaq məktəbdə fiziki tərbiyə müəllimi sıxlığına şərait yaradan əlavə 3 müəllim göndərilmişdir. Keçən ildən baş verən korrupsiya halları ilə bağlı olaraq indiki direktor Elnur Quliyevə etmiş olduğumuz müraciətləri zamanla həll edəcəyini bildirsədə əksinə qanunsuzluqlara göz yumduğunun şahidi olduq və biz bundan belə qənaətə gəldik ki, bu qanunsuzluqların arxasında bir başa o özü durur. Məktəbdə adları olub ozu olmayan işçilər,siniflərdə adları olub ozü olmayan şagirdlər hələ də qalmaqdadır. Onlar barəsində hansısa tədbir görülübsədə pedaqoji şurada bu barədə məsələ qaldırlımadığından xəbərimiz yoxdur. Sinif otaqlarının şüşələrinin sınıq-sınıq olması həm şagird, həm də digər işçilər üçün təhlükə yaratmaqdadır. Məhz belə pəncərə şüşələrindən birində şagird öz qolunu kəsmişdir. Mənim paylaşımımdan sonra direktor pəncərələri klyonka ilə mismarladaraq rütubətli ortam yaradıb. Məktəbdə şagirdlərdən odun pulu, test pulu yığılır. Məktəbdə keçirilən "Beynəlxalq qızlar günü" ilə bağlı tədbirdə havaya buraxılan şarlara görə iştirakçi şagirdlərdən 2 manatdan pul yığılmışdır. Şagirdlər test çıxartdırmaq üçün məktəbdən xeyli uzağa, şəhərin mərkəzinə gedib-gəlirlər. Yuxarıda qeyd etdiyim qanunsuzluqlar haqqında yuxarı orqanlara məlumat verib, öz fb səhifəmdə paylaşmışam. Əlimdə hər birinə aid səs yazıları var. Bütün bu korrupsiya faktları haqqında paylaşım etdiyim uçün məktəb direktoru həmkarlar təşkilatına müraciət etməmiş mənə sonuncu xəbərdarlıqla töhmət əmri vermişdir. Halbuki məktəbin idarə olunmasında şəffaflıq, aşkarlıq və demokratik prinsip əsas istiqamət kimi götürülür. Əlbəttəki qanunsuz töhmət haqqında məhkəməyə və digər qanunsuzluqlar barəsində aidiyyatı qurumlara bir daha müraciət edəcəm. Lakin Sizdən xahiş edirəm ki, bu qanunsuzluqlara tez bir zamanda reaksiya verilməsi üçün saytınızda paylaşasınız.
Hörmətlə: Əkbərov Vasif Cannar oğlu
Ünvan: Cəlilabad rayon Göytəpə şəhər
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.