Qaradağ rayonunda bəzi binalar söküləcək? - VİDEO

28-11-2023, 13:08           
Qaradağ rayonunda bəzi binalar söküləcək? - VİDEO
Bakının Qaradağ rayonunda bəzi binaların söküləcəyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Lökbatan qəsəbəsində yərləşən sovet dönəmində tikilmiş ikimərtəbəli binalardan gedir. Burada yaşayan sakinlər deyirlər ki, may ayından başlayaraq onlara Mənzil İstismar Sahəsindən (MİS) bildirişlər gəlir.

Qəsəbənin Nəriman Nərimanov və 28 May küçələrinin sakinlərinə xəbərdarlıq olunub ki, oradakı binalar söküləcək. Sakinlər də başqa ünvanlara köçürüləcəklər. Onlar isə hələlik heç bir şirkətlə razılığa gəlmədiklərini deyirlər.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində 215 ədəd ikimərtəbəli köhnə bina var. Hazırda binaların sökülməsi və sakinlərin kompensasiya ödənilərək köçürülməsi ilə bağlı heç bir qərar yoxdur. Yəni, deyilənlər həqiqəti əks etdirmir.

Ətraflı süjetdə:

Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.