Acı sonluq- 38 imza haqqı olan jurnalistlərə qalib gəldi…

1-12-2023, 17:24           
Acı sonluq- 38 imza haqqı olan jurnalistlərə qalib gəldi…
Çox şükür ki, bu məsələyə birdəfəlik nöqtə qoyuldu. Artıq bizim gözümüz almağa haqq etdiyimiz evdən çəkildi, kimlərinsə jurnalist evi ilə manipulyasiya edə bilmək şansı əlindən çıxdı. Ev almaq haqqını itirməmək üçün illərlə az əmək haqqına qane olub, redaksiyalardakı işlərini tərk etməyən jurnalistlərin daha bir ümidi puç oldu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.
Bu barədə nazirlik məlumat yayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov əməkdaşımızla söhbətdə mənzilləri bölüşdürülən binanın jurnalistlər üçün tikilən 3-cü bina olduğunu təsdiqləyib:
"Bəli həmin binadan 250 mənzilin sənədləri 4 saylı DOST Mərkəzində şəhid ailələrinə və müharibə əlillərinə təqdim edildi”.
Məhəmmədəli Qəribli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.