Naxçıvana ilk həmlə edən: `AZƏRLOTOREYA`... - "...çox pis baxıram"

2-12-2023, 00:04           
Naxçıvana ilk həmlə edən: `AZƏRLOTOREYA`... - "...çox pis baxıram"
Əslində Naxçıvanın Vasif Talıbovdan sonra müəyyən müddətlik də olsa, rahat nəfəs alacağını əksəriyyət təxmin edirdi. Amma görünəni odur ki, əksəriyyət də yanıla bilərmiş... Bunu son günlər MR-dən gələn şikayətlərin artan xətt üzrə inkişaf etməsindən də görmək olar.

Bəli, Naxçıvan dəyişdi. Amma tək rəhbər sarıdan. Belədə sıravi camaat üçün dəyişən nəsə yoxdur...

Bir məqamı da qeyd edək. Naxçıvanda Vasif Talıbovdan sonra ilk açılan dükanlardan biri... bəlkə də birincisi "Azərlotoreya"ya aid oldu. O "Azərlotoreya" ki, onu yerdə qalan Azərbaycan daha yaxşı tanıyırdı...

Bizim də əslən Naxçıvandan olan, ictimai fəal, Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert Elyar İslamoğludan soruşduğumuz "Azərlotoreya" ilə bağlı oldu...

"Naxçıvanda Vasif Talıbovdan sonra müşahidə olunan ilk yeniliklərdən biri də "Azərlotoreya"nın Muxtar Respublika ərazisində məntəqələr açması oldu. Sosial şəbəkələrdə müşahidə etdiyimiz bu oldu ki, sakinlər heç də belə bir yenlikdən məmnun deyillər. Buna səbəbsə "Azərlotoreya" Azərbaycanın digər ərzilərindəki imici idi.... İndi nəsə dəyişibmi? Yəni Naxçıvan sakinləri "Azərlotoreya" ilə "dil tapa" bilirlərmi?" sualımıza Elyar İslamoğlu belə cavab verdi:

"Ümumiyyələ, "Azərlotoreya"nın nəinki Naxçıvanda, bütün Azərbaycanda olmaması lazımdır. Hər halda, insanlarımız ehtiyacdan gedib "Azərlotoreya"nın və ümumiyyətlə, adından asılı olmayaraq digər lotoreyaların biletlərini alırlar ki, mən də buna çox pis baxıram. İstənilən halda, qumardır, qumarın bir növüdür... Ona görə də münasibəim yaxşı deyil və Naxçıvanda heç görmək istəməzdim..."


Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.