Deputat Malik Həsənovun başı dərddə — manatın devalvasiyasından sonra milyonlar itirib

4-04-2015, 14:48           
Deputat Malik Həsənovun başı dərddə — manatın devalvasiyasından sonra milyonlar itirib Deputat Malik Həsənovun Dubay biznesi çökür.

Tia.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-holdinq”in prezidenti olan M.Həsənov manatın devalvasiyasından sonra milyonlar itirib.
Mənbəmiz iddia edir ki, paytaxtda iri elektronika mağazalar şəbəkəsi olan imtiyazlı deputatın vəziyyəti yaxşı deyil. Bir tərəfdən də bankların kredit siyasətinin sərtləşməsi deputatın alverini kökündən kəsib. Bəzi məlumatlara görə, M.Həsənov bir neçə obyektini də bağlamağa hazırlaşır. Bu səbəbdən də o, bir müddət öncə Dubayda olub və bu ölkədə olan biznesini də tədricən bağlamaq niyyətindədir.
Xatırladaq ki, M.Həsənov 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkilidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru