Abşeron RİH-dən tənqidə operativ cavab...
13-12-2023, 15:26

Teref blogunda dərc edilən "Xırdalan sakinləri Abşeron RİH-dən niyə narazıdır? - VİDEO" tənqidi məqaləyə Abşeron RİH-dən operativ cavab verilib.
Abşeron RİH-nin avabında deyiloir:
“ARB” TV-nin Günə son proqramında “Abşeron Rayon İcra Hakimiyyətindən
narazı olan Xırdalan sakinləri” başlığı altında yayımlanmış Xırdalan şəhərində 28-ci məhəllədə yerləşən 11 nömrəli çoxmənzilli yaşayış binasının dam örtüyünün əsaslı təmiri zamanı yaranan problemlə bağlı videosujet Abşeron Rayon İcra Hakimiyyətində araşdırılmışdır.
Bildiririk ki, Xırdalan şəhərində vətəndaşların çox saylı müraciətlərini nəzərə alaraq şəhərin 27 və 28-ci məhəllələrində ötən əsrin 70-80-ci illərində inşa edilmiş çoxmənzilli 4 yaşayış binasında dam örtüklərində əsaslı təmiri işlərinin aparılması üçün 19 sentyabr 2023-cü il tarixində Abşeron RİH başçısının Xırdalan şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən tender keçirilmiş və tenderin qalibi “TOPXANA LAYİHƏ
İNŞAAT” MMC olmuşdur.
Qeyd edək ki, hal-hazırda yuxarıda adı çəkilən MMC tərəfindən Xırdalan şəhərində 4 çoxmənzilli yaşayış binasının ümumilikdə 5500 kv.metr dam örtüklərinin dəyişdirilməsi işləri görülür. İşlərin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Həmçinin bildiririk ki, hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar yaranan problemlər vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Dam örtüklərinin dəyişdirilməsi prosesi bütün normativlərə uyğun olaraq aparılır. İşlərin sürətlənməsi ilə bağlı MMC rəhbərliyinə müvafiq tapşırıqlar verilmişdir.
Abşeron Rayon İcra Hakimiyyəti
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır