İdxal və ixracda artıb azalma...

14-12-2023, 00:03           
İdxal və ixracda artıb azalma...
Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar olub. Bu müddətdə idxal 4,6 faiz artsa da, ixrac7,7 faiz azalıb.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, enerji məhsulların qiymətinin əvvəlki illə müqayisədə aşağı olması ixracın dəyərini azaldıb. “Bununla belə, idxalda artım tendensiyası davam edib. Yəni əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xaricdən daha çox məhsul gətirmişik. İdxal ölkədən valyuta aparır, ixrac isə valyuta gətirir. Bu baxımdan, idxalın həcminin artması ölkədən valyutanın çıxması baxımdan arzuolunan deyil”, - o əlavə edib.

İqtisadçı qeyd edir ki, bu dövrdə ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb: “Mal ətində idxal 93,3 faiz, siqaretlərdə 48,9 faiz, unlu qənnadı məmulatlarında 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz artıb”.

V.Bayramovun sözlərinə görə, son statistika göstərir ki, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi olduqca vacibdir. “Xüsusən, ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi hesabına idxaldan asılılığın aradan qaldırılmasına ehtiyac var”, - o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.