Kənd sakini: “İsinmək üçün 30 sot nar bağımdakı ağacları kəsmişəm” - VİDEO

14-12-2023, 15:54           
Kənd sakini:
Saatlının Nəsimi, Soltanabad, Mircəlal kəndlərində qazın olmamağı ciddi problemlər yaradıb. Havanın son günlər kəskin soyuması problemi daha qabarıq üzə çıxarıb.

Belə ki, mavi yanacağa həsrət qalan kənd sakinləri bağlarındakı ağacları kəsmək məcburiyyətində qalıblar.

Onlar bildiriblər ki, həyətlərində artıq ağac qalmayıb, hamısını kəsib yandırıblar:

“30 sot nar bağımdakı ağacların hamısını kəsmişəm. Kəndimizdə yaşıllıq var idi. Son dörd-beş ildə bu yaşıllıq məhv olub. Belə gedərsə, buraların Ərəbistan səhrasından heç bir fərqi olmayacaq”.
Məsələ ilə bağlı “Azəriqaz”dan bildirilib ki, növbəti ildə Saatlı rayonunun Nəsimi kəndinin qazlaşdırılması proqrama salınıb.

Qeyd edilib ki, Soltanabad və Mircəlal kəndlərinin növbəti mərhələlərdə qazlaşdırılması gözlənilir.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru