Bu müddət ərzində cəmi 3 dəfə diqqət çəkib... VİDEO

15-12-2023, 11:14           
Bu müddət ərzində cəmi 3 dəfə diqqət çəkib... VİDEO
Mən bilirəm ki, Rəşad Məcidin məndən zəhləsi gedir. Elə mənim də ondan xoşum gəlmir. Bəribaşdan deyim ki, mən Moskvaya nə üçün getmişdimsə, R.Məcid də ədəbiyyata, jurnalistikaya həmin məqsədlə gəlib. Bu adam ötən il sentyabr ayında Mətbuat Şurasının sədri vəzifəsinə təyin olunub. Bu müddət ərzində cəmi 3 dəfə diqqət çəkib:
1. MŞ sədr seçiləndən (?) cəmi bir ay sonra Azərbaycan Yazıçılar Birliyinin qurultayında jurnalistlərə qarşı kobudluq etdi, vaxtilə Əli İnsanovun sərgilədiyi ritorikanı eynilə təkrarlamış oldu. Jurnalistlərə "belə jurnalistika olar ə" deyən R.Məcid, onlara "krest" qoyacağını demişdi, belə də oldu. İndi çox sayda həqiqi jurnalist onun toppuş əllərinin, əsəbi zehninin və Beriyasayağı qisascıl baxışlarının qurbanına çevrilib.
2. Jurnalist Taleh Şahsuvarlının vəkil Aslan İsmayılovdan etdiyi üzrxahlığı öz "Facebook" hesabında ictimailəşdirdi. Təbii ki, T.Şahsuvarlının icazəsi ilə... Prezidentin və bir neçə dövlət qurumlarının mühüm hədiyyələrlə təltif etdiyi, amma A.İsmayılovdan qorxan 40 ilin jurnalistini "ictimai şəkildə sındırmağa" hansı zərurət var idi? Bunu öz aralarından da həll edə bilərdilər.
Sənin işin jurnalistləri müdafiə etməkdir, onları kapitulyasiyaya məcbur etmək, "sındırmaq" yox!
3. Deputat Erkin Qədirliyə məktub yazdı ki, Facebooka geri dönün, profilinizi açın, çünki insanların sizin kimi ziyalıların fikirlərinə ehtiyacı var. Təbii ki, E.Qədirli bu oyuna gəlmədi, onun fikirlərinə önəm vermədi və hələ də "Facebook"a geri dönməyib.
Başqa nə iş gördüyünü bilən varsa, yazsın.
Eh, qalib Ölkə, yazıq Vətən...
Samir Feyruzov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.