Direktor Arif Rüstəmov müqaviləyə imza atdı - 1 rəis, 7 mühafizəçiyə görə 121 min manat...

29-12-2023, 09:04           
Direktor Arif Rüstəmov müqaviləyə imza atdı -
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Qazax filialının "Mühafizə xidmətinin satınalınması ilə" bağlı elan edilmiş tenderdə "GESCO" ASC qalib olub.

32gun.az-ın məlumatına görə, artıq Bakı Dövlət Universitetinin Qazax filialı ilə qalib şirkət arasında müqavilə imzalanıb. Məbləğ 121.398,21 AZN-dir.

Tenderə əsasan ali təhsil ocağının 12 ay müddətində əsas Tədris binasının və arazının 24 saat mühafizəsi (1 xidmət rəisi, 7 mühafizəçi) ilə təmin olunacaq.

Nizamnamə kapitalı 4000 AZN olan "GESCO" ASC-nin qanuni təmsilşisi MURAD CAMALZADƏ FƏRRUX OĞLUdur.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmovdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.