“TikTok”da canlı yayım açaraq qayda pozuntusu edən sürücülərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

14-01-2024, 12:34           
“TikTok”da canlı yayım açaraq qayda pozuntusu edən sürücülərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) “TikTok”da canlı yayım açaraq qayda pozuntusu edən sürücülərin videogörüntülərinə münasibət bildirib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin Oxu.Az-a verdiyi məlumata görə, “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq ciddi qayda pozuntusu edən sürücülərin videogörüntüləri ilə bağlı araşdırma aparılır.

Bildirilir ki, qeydə alınan videogörüntülərdə qayda pozan sürücülər müəyyən edilərək, barələrində inzibati protokol tərtib ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru